Əməkdar artist Nigar Şabanova plastik əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçinin yaxın dostu şairə Nazilə Səfərli sosial şəbəkə hesabında məlumat yayıb.
O, Nigarla xəstəxanada birlikdə çəkilən fotosunu paylaşaraq, "Həmişə gözəllikdə. "Narkoz"un təsiri getməyib" sözlərini yazıb.
N.Şabanova redaksiyamızın əməkdaşı ilə söhbətində bu gün baş tutan əməliyyatın bədən şəkilləndirmə olduğunu açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media