Müğənnilər Rəqsanə İsmayılova, Mətanət Əsədova və Nüşabə Musayeva bir araya gəlib.
Bizim.Media xəbər verir ki, Moskvada yaşayan Rəqsanə həmkarlarını “Vişnyovka bağları”nda qonaq edib.
Musayeva sosial şəbəkə hesabında sənət dostları ilə çəkilmiş fotosunu paylaşaraq “Canım Rəqsanə, dəvətin üçün təşəkkür edirəm. Allah hər zaman gözəl günlər nəsib etsin, bal səslim.
Mətanət bizi gözəl səsi ilə feyziyab etdi” sözlərini şərh bölməsinə yazıb.
Rəşad Əliyev, Bizim.Media