Çimnaz Nəzakəti rüsvay etdi: "60 yaşlı, iplə bağlanan “lyubitelskaya” kolbasa" - VİDEO

“Heç zaman heç bir efirdə və müsahibələrimdə heç kimin adını çəkmirəm. Heç kimin bostanına daş da atmıram. Öz yaradıcılıq və şəxsi həyatımla məşğulam. Yaydır, dincəlirəm. Aktrisa adına ləkə gətirən, özündən xəbərin var. Ay bibi (həmkarı aktrisa Nəzakət Məmmədova – red.) ?! Hər efirdə düşük hərəkətlər edərkən, anam yaşında bir məxluq nədənsə özünə borc bilir, Çimnaz Sultanovaya söz atır”.

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Çimnaz Sultanova qonaq olduğu “Nahara az qala” mətbəx şousunda deyib.

Ötən həftələrdə aktrisa Nəzakət Məmmədovanın sözügedən verilişdə həmkarı Ç.Sultanova haqqında söylədiyi “Bəzi aktrisalarımız aktrisa adını ləkələyirlər. Birincisi geyimləri ilə... Vacib deyil ki, aktrisa orasını-burasını açsın və bunu tamaşaçılara nümayiş etdirsin. Nə məcburdur? Həmin aktrisanın mənim kimi 50 yaşı var və özünü “sex-simvol” kimi göstərir. Nəyə lazımdır?” sözlərinə qarşı tərəfdən “tərs şillə” gəlib.

Çimnaz efirdə “ağına-bozuna” baxmayıb, Nəzakətə ünvanlandığı sərt sözləri ilə “yıxıb-sürüyüb”.

“Pandemiya başlayan ərəfələrdə, Müşviq Şahverdiyevin ad günündə idik. Həmin ad günündə mənə yaxınlaşıb dedi ki, “Məni sizə oxşadırlar. Kaş sizinlə birgə rol alardım. Çox yumşaq deyəcəyəm.
Sən mənə yaltaqlanırdın. Çimnaz deyə-deyə ətrafımda gəzib, mənə “Gözəllik ikonası” deyirdin. Sonaxanım Əliyeva yanıma gəldi. Ona söylədim ki, “Bu nədir?”. İplə bağlanan “lyubitelskaya” kolbasa. Bədənin hər yeri sallanan Nəzakət (üzərində göstərərək, qarşı tərəfin artıq çəkili olduğuna işarə edir – red.) sən mənim bədən quruluşumdan danışıb, lağ edirsən?! Deyir ki, nə olar məni də “Komedixana”da çəkin.

Sənə bizim rəhbərimiz cavab olaraq söylədi ki, “Get yerini bil”. Sən indi mənim adımı çəkib, deyirsən ki, aktyorluq sənətinə ləkəyəm? Sən öz silikonlarını ölçdürmüsən? Sən nə ləkədən danışırsan, massovkada oynayan”.

Verilişin gedişatında Ç.Sultanova N.Məmmədovanın “Çimnazın “Youtube”da bir verilişi var “Çimnazla yataqda” heç xoşuma gəlmədi.

Ehtiyac yox idi. İnsan hansısa qonağını yataqda qarşılamaz. Qonağı qonaq otağında və ya mətbəxdə qarşılayırsan. Qonağı yataqda qarşılamazlar” fikirlərinə də kəskin reaksiya bildirib.

“Mənim “YouTube”da “Çimnazla yataqda” layihəm yayımlanır.

Mən səni tanımıram və tanımaq da istəmirəm. Amma sən gör məni necə izləyirsən, sənətimlə dərindən maraqlanırsan.

Mən beynəlxalq səviyyədə çıxış edən aktrisayam. Rus, ingilis və alman dilində çıxış edən aktrisayam.

Sən mənim kimi bu dillərdə əcnəbi xanım roluni ifa edib, oynaya bilərsən? Sən 60 yaşına kimi harada rol alıb, çıxış etmisən? Massovkasan, massovka. İş ortalığa çıxar. Heç bilinmir, nəsən, nəçisən” – deyə Ç.Sultanova bildirib.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

End of content

No more pages to load

RADİO