Xalq artisti Röya Ayxan oğlu Hüseyn ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi təhsili ilə əlaqədar Londona gedən Hüseynin Bakıya gəldiyi haqda sosial şəbəkə hesabında məlumat verib.
Villasında 13 yaşlı oğlu ilə şam yeməyi zamanı çəkib, paylaşdığı fotolara Röya “Xoş gəldin” qısa şərhini yazıb.
Qeyd edək ki, Röya iş adamı Anar Cəlilov adlı şəxslə evli olub və boşanıb. Onların bu evlilikdən 2009-cü ildə Hüseyn dünyaya gəlib. Röya boşanandan sonra ailə qurmasa da, Anar 3-cü dəfə ailə qurub.
Rəşad Əliyev, Bizim.Media