Xalq artisti Tünzalə Ağayeva Rusiyanın Xalq artisti, opera divası Anna Netrebko ilə Türkiyənin kurort şəhəri Bodrumda bir araya gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında Anna ilə birgə çəkdirdiyi fotosunu paylaşıb.
T.Ağayeva yayımladığı şəkilə “Heyrətamiz Anna” qısa şərhini yazaraq opera divasının adını işarələyib.
Qeyd edək ki, A.Netrebko Azərbaycanın Xalq artisti Yusif Eyvazovla evlidir.
Rəşad Əliyev, Bizim.Media