Əməkdar artist Elton Hüseynəliyev plastik əməliyyat etdirən kişi həmkarlarını tənqid edib.
Bizim.Media xəbər verir ki, sənətçi “Maqazin Plus” verilişinə müsahibəsində gözəllik üçün bıçaq altına uzanan sənət yoldaşlarına “ağız büzüb”.
“Deyirlər ki, səhnə tələb edir. Biz kişi xeylağıyıq. Mənim saçım ağarsa, təbii və gözəl olar. İnsan var ki, bunu kompleks etdirir, rəngləyir. Kişi xeylağı bunları etməməlidir, xanımlar etsə, daha gözəl olar”.
Rəşad Əliyev, Bizim.Media