Türkiyənin məşhur aktyor cütlüyü Burak Özçivit və Fahriye Evcenin ayrılıq xəbərləri yayılıb.
Bizim.Media xəbər verir ki, aktyor sosial şəbəkə hesabında mətbuata yayılan boşanma xəbərlərinə reaksiya verib.
Burak Fahriye ilə fotosunu paylaşaraq “Ağlınıza gələni yazmayın. Bizi rahat buraxın. Hər kəsə sevgilər” sözlərini yazıb.
Qeyd edək ki, B. Özçivitlə F. Evcen 5 ildir evlidir. Cütlüyün 3 yaşlı Karan adlı oğlan övladı var. Aşiqlərin yaxın aylarda daha bir övladı dünyaya gələcək.
Rəşad Əliyev, Bizim.Media