“Bu şəhərdə” estrada teatrının aktyoru Əməkdar artist Rafael İsgəndərovın qızı Gülarə qızı ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, qızı Zəhranın dörd yaşı münasibəti ilə həyat yoldaşı Əsgərlə bərabər obyektiv qarşısına keçərək, fotolar çəkdirib.
Şəkilləri sosial şəbəkə hesabında izləyicilərlə bölüşən Əməkdar artistin qızı “Canım qızım, bu gün sənin günündür. Həmişə fəxrimiz olasan. Böyük qız olasan” sözlərini şərh bölməsinə yazıb.
Qeyd edək ki, Gülarə və Əsgər cütlüyü 6 il əvvəl ailə qurub.
Rəşad Əliyev, Bizim.Media