Bir neçə gün əvvəl ikinci dəfə ana olan prodüser Təranə Səmədova yeni doğulan körpəsinin fotosunu paylaşıb.
Bizim.Media xəbər verir ki, prodüser, qızı Suelin bacısı Adeli qucaqlayaraq, yatdığı yerdə çəkib, sosial şəbəkə hesabında yayımladığı şəkilə “Görəsən, həyatda bundan daha gözəl mənzərə varmı?” şərh yazıb.
Diqqət çəkən məqam isə T.Səmədovanın körpəsinin üzünü gizlətməsi olub.
Qeyd edək ki, Təranə Səmədova müsahibəsində ikinci övladına süni mayalanma yolu ilə sahib olduğunu söyləyib.
Rəşad Əliyev, Bizim.Media