“Zamanında mən də toylardan torba ilə pullar qazanmışam. Başqa yerdən gəlirim yoxdur. Qazanmasaydım, o evi, avtomobilləri haradan alardım, uşaqlara hansı pulla təhsil verərərdim?”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Həmin Zaur” axşam şousunda deyib.
Verilişin aparıcısı Zaur Kamalın “Pullarınızı harada saxlayırsız?” sualına sənətkar “Evdə iki seyfim var, amma ikisinin də içi boşdur” deyə cavab verib.
Rəşad Əliyev, Bizim.Media