İndoneziyanın Bali adasına köçüb orada altı ay qaldıqdan sonra Vətənə geri qayıdan müğənni Çingiz Mustafayev qardaş ölkə Türkiyəyə yollanıb.
Bizim.Media xəbər verir ki, bir neçə gün Bakıda qaldıqdan sonra sənətçi yaşamaq və musiqi fəaliyyətini davam etdirmək üçün Türkiyənin “Balıkesir Burhaniye Pelitköy Sahilleri” səmtinə köçüb.
Çingiz oradan paylaşdığı fotolarına “Kənd həyatı... Dünyamızı dəyişmək üçün möcüzəyə ehtyacımız yoxdur. Onsuz da ehtiyac duyduğumuz bütün gücü içimizdə daşıyırıq. Qaldı oturub yaratmaq” - şərhini yazıb.
Qeyd edək ki, iki əvvəl Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Truth” mahnısı ilə layiqincə təmsil edən Çingiz Mustafayev pandemiyada Rusiyaya, bir neçə aydan sonra isə Bali adalarına köçmüşdü.
Rəşad Əliyev, Bizim.Media