Xalq artisti Flora Kərimova həmkarı Xalq artisti Röya Ayxanla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətkar sosial şəbəkə hesabında Röyanın və Əməkdar artist Manana Caparidzenin yer aldığı fotosunu paylaşıb.
F.Kərimova yayımladığı şəkilə ürək işarəsi qoyub.
Qeyd edək ki, uzun müddət Flora Kərimova ilə Röya Ayxan arasında qalmaqal yaşanmışdı. Keçən il isə Röya qarşı tərəflə barışdığını açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media