Hiss ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova Şuşaya yollanıb.
Bizim.Media xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında məlumat yayıb.
Hiss şəhərin müxtəlif yerlərində fotolar çəkdirərək, izləyiciləri ilə bölüşüb.
İfaçı yayımladığı şəkillərə, "Burada olduğum üçün çox xoşbəxtəm. Şuşada rahat gəzməyimizə səbəb olan bütün şəhidlərimizin ruhu şad olsun. Bir gün mütləq görüşəcəyik" şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media