Xalq artisti Bilal Əliyev sosial şəbəkədə izləyicilərlə “kəllə-kəlləyə” gəlib.
Bizim.Media xəbər verir ki, “TikTok” sosial şəbəkə platformasında sənətçinin açdığı canlı yayımda izləyicilərdən biri onun ünvanına təhqirlər yazıb.
Yazılan təhqirlərə dözməyən Bilal izləyicisinə qarşılıq verib.
"Səni məni sevən insanlar təhqir edib oradan qovacaqlar... Çox şərəfsiz, alçaq insansan ki, bu cür söz yazırsan" deyə B.Əliyev bildirib.
Rəşad Əliyev, Bizim.Media