Türkiyənin superstarı Ajda Pekkan koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, sənətçinin virusa yoluxduğu haqda xəbəri "2-ci sayfa" maqazin verilişi yayıb.
Ajdanın hazırda həkim nəzarətində olduğu bildirilib. 76 yaşlı Pekkan bu səbəbdən iki həftəlik konsertlərinə ara verib.
Rəşad Əliyev, Bizim.Media