Dünya şöhrətli aktyor Jan Kloud Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə uzun müddətdən sonra Belçikada bir araya gəlib.
Bizim.Media xəbər verir ki, aşiqlər sosial şəbəkə hesablarında birlikdə çəkdikləri görüntülərini izləyiciləri ilə bölüşüblər.
Cütlük səmimi və sevgi dolu paylaşımları ilə diqqət çəkib.
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. Suada uzun müddət ABŞ-də yaşamaq üçün viza ala bilmədiyi üçün Kristoferlə birlikdə yaşaya bilmir.
Rəşad Əliyev, Bizim.Media