Müğənni Aygün Şükürova həyat yoldaşı ilə güləşdiyini deyib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Nahara az qala” mətbəx şousunda deyib.
“Hər gün boksla məşğul oluram. Kənanla bütün günü vuruşuruq. Ağır qolum var, necə ona yumruq atıramsa, yerindədə qalır” – deyə A.Şükürova bildirib.
Qeyd edək ki, Aygün Şükürova aktyor-rejisser Kənan Mahmudovla evlidir. Cütlüyün iki qızı və bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media