“Səsim batdı, neçə il evdə oturdum. Bir müğənninin geyiminə nə qədər pul lazımdır? Hamısını özüm etmişəm, uşaqlarımın təhsilinə də pul xərcləmişəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Aparıcı Zaur Kamalın “O qədər böyük pullar qazandınız, onları hara xərclədiniz?” sualına sənətçi belə cavab verib.
“Başqa sənətin sahibi olsaydım, daha yaxşı olardı. Dələduz insanlara pul vermişəm və həmin pullar da batıb”.
Rəşad Əliyev, Bizim.Media