Müğənni Sevda Yahyayeva həyat yoldaşı həkim-genetik Zakir Bayramovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, ərinin yeniyetmə fotosunu sosial şəbəkə hesabında yayımlayan Sevda Naxçıvanda olan zamanı şəkili əldə etdiyini bildirib.
"Naxçıvandan əliboş qayıtmıram. Zakir Bayramovun gənclik şəkilləri ilə"- deyə müğənni paylaşımına şərh yazıb.
Qeyd edək ki, Sevda və Zakir cütlüyü 2020-ci ildə nişanlanıb, bir il sonra isə toyları olub. Hazırda Sevda hamilədir.
Rəşad Əliyev, Bizim.Media