Aparıcı Azər Zahid görmə məhdudiyyətli Qarabağ qazisi Amil Əliyevə söylədiyi qalmaqallı sözlərə görə üzr istəyib.
Bizim.Media xəbər verir ki, qazi ilə “TikTok”da açdığı canlı yayıma çıxan aparıcı zərf uzadaraq “Sən onsuz da saya bilməyəcəksən” sözlərinə görə ondan dəfələrlə üzrxahlıq edib.
Qeyd edək ki, A.Əliyev İkinci Vətən müharibəsində yaralanıb və iki gözünü itirib. 22 yaşlı Amil düşmən postunda minaya düşərək ağır yaralanıb və 3 gün komada olub.
Rəşad Əliyev, Bizim.Media