Məşhur amerikalı reper Rolli Bandsa silahlı hücum edilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, reper sosial şəbəkələrdə onun yaradıcılığını tənqid edən insanlara təhqir dolu müraciət edib.
“Yazdıqlarımın arxasındayam. Bir çox insan mənim harada yaşadığımı bilir. Rahat yatıram”, - musiqiçi yazıb.
Qeyd edək bu paylaşımdan təxminən 5 dəqiqə sonra Rolli Bands yaşadığı binanın qarşısındakı dayanacaqda güllələnib. O, təcili olaraq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
ABŞ polisi faktla bağlı araşdırma aparır.
Bizim.Media