Bəstəkar-müğənni Murad Arif sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi Astarada yaşayan qazi Məlik Məlikovun ucqar kənddə yerləşən acınacaqlı vəziyyətdə olan evinin fotosunu paylaşıb.
M. Arif “Astara, Səlivə kəndi. Qazi Məlik Nəhmət oğlu Məlikov burada yaşayır. Əgər buna yaşamaq demək olarsa” deyə fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media