“Hamımız toylardan dolanırıq. Həm alqış, həm də pul baxımından görürsən ki, çox yaxşı çıxış etdin, amma dəyəri, qədir-qiyməti olmadı. Əsasən pul cəhətdən”.
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Söz xiridarının sözlərinə görə, el şənliklərində fonoqram oxuyan müğənnilər meyxanaçılardan qat-qat çox qonorar alır.
“Çıxışa qulaq asıb alqışı tanıyan da edir, tanımıyan da. Görürsən ki, dağı-dağ üstünə qoymusan, səhərdən burdayıq, əlləşib-vuruşmuşuq amma toyda 15 dəqiqə fonoqram oxuyan daha böyük qonorar alır. Heç o bizim qədər əziyyət çəkmir. Belə şeylər adamı əsəbləşdirir, mikrofonu qoyursan yerə”- deyə, V.Əbdülov bildirib.
Rəşad Əliyev, Bizim.Media