Bir müddət əvvəl evlənəcəyi ilə bağlı barmağına taxdığı brilliant qaşlı nişan üzüyünü nümayiş etdirən İTV-nin xəbər aparıcısı Nərmin Salmanova gələcək həyat yoldaşının fotosunu paylaşıb.
Bizim.Media xəbər verir ki, aparıcı nişanlısı Arif Salahovla məclislərin birində çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında yayımlayıb.
Qeyd edək ki, N.Salmanova builki “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin səsləri elan edəcəkdi, lakin yarışma zamanı baş verən texniki problemlər ucbatından onun canlı yayıma çıxması mümkün olmayıb.
Rəşad Əliyev, Bizim.Media