Xəbər verdiyimiz kimi, aktyor-aparıcı İlkin Həsəni xanımını təhqir etdiyinə görə şikayətçi olduğu dietoloq Ləman Süleymanovanın məhkəməsi keçirilib.
Bizim.Media xəbər verir ki, hakim dietoloq Ləman Süleymanovanın günahsız olduğuna dair qərar qəbul edib.
Qeyd edək ki, bir neçə gün əvvəl İ.Həsəni sosial şəbəkə hesabında videomüraciət ünvanlayaraq ailə üzvlərinin parkların birində təhqir edildiyini və həmin qadının polis tərəfindən tapılıb, məsuliyyətə cəlb olunmasını istəmişdi.
Rəşad Əliyev, Bizim.Media