Türk sənət musiqisinin divası Bülent Ersoy görünüşü ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi "Hürrəm Sultan" obrazında təyyarədə çəkdiyi fotosunu paylaşıb.
Sənətkarın başına qoyduğu kürən rəngli pariki, uzun dırnaqları, eyni zamanda taxdığı milyonluq aksesuarları ilə görənləri təəccübləndirib.
B.Ersoy fərqli görünüşdə yayımladığı şəkilə "İzmirdəki olduqca vacib bir toy məclisi üçün yola çıxdım" şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media