Bir neçə gün əvvəl marixuana çəkdiyinə görə İsveçrədə polis tərəfindən saxlanılan dünya şöhrətli milyonçu repçi Dreykin başına iş gəlib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, restoranların birində komandası ilə nahar edən zamanı eşşək arılarının hücimuna məruz qalıblar.
“Zolaqlı azarkeşləri” dərhal oradan uzaqlaşdırmaq mümkün olmayıb. Bu zaman isə ofisiantlar ulduzu arılardan qorumaq üçün köməyə gəliblər.
Həmin an Dreykin üzündə yaranan ifadələr, eyni zamanda qorxub həyəcan keçirməsi kameraların obyektivinə yansıyıb.
Rəşad Əliyev, Bizim.Media