"Damla" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova yenə də izləyicilərini məəttəl qoyub.
Bizim.Media xəbər verir ki, sənətçinin prodüserinin Şamil sosial şəbəkə hesabında paylaşdığı videoda "Damla" boynunda xaç və rahibə geyimində görüntülənib.
Müğənnin bu obrazı isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar "Damla"ya "İndi də xristian oldun?!", "Matuşka Damla", "Rahibə Damla", "Bəlkə xristianlığı qəbul etmək istəyib?" kimi rəylər yazıblar.
Lakin bir çoxları "Damla"nın bu obrazını yeni çəkiləcək klipi ilə əlaqələndiriblər.
Rəşad Əliyev, Bizim.Media