12 il əvvəl Azərbaycanı "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, İstanbulda yaşayan sənətçi həyat yoldaşı iş adamı Fərhad Əliyevlə yeni şəkillərini yayımlayıb.
Safura fotoların şərh bölməsinə ürək işarələrini qoyub.
Qeyd edək ki, Safura-Fərhad cütlüyünün Ayşə adlı bir qızı, İskəndər və Natiq adlı iki oğlu var. Fərhad Əliyev keçmiş energetika naziri mərhum Natiq Əliyevin oğludur.
Rəşad Əliyev, Bizim.Media