Məşhur meyxanaçı Mahir Cürətin səhhəti qəfildən pisləşib.
Bizim.Media xəbər verir ki, M.Cürət xəbəri sayta təsdiqləyib.
O, "Manşet.az" saytına açıqlamasında bildirib ki, vəziyyəti getdikcə ağırlaşır:
“Hər iki ayağım tutulub, ayaqlarımı dizdən aşağı yara basıb, yeriyə bilmirəm. Ayaqlarım başımı xarab edib, yaman gündədir. Dünən də az qala ölmüşdüm”.
Qeyd edək ki, M.Cürət “De, gəlsin!” yarışının laureatlarındandır. O, meyxana aləmində əruzun əsas bilicilərindən hesab edilir. Mahir Cürət bir neçə xəstəlikdən, o cümlədən narkotik asılılığından əziyyət çəkir.
Bizim.Media