Xalq artisti Nəzakət Teymurovanın qızı Nərgiz magistraturaya qəbul olunub.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Nərgizlə fotosunu paylaşan xanəndə qızını bu sözlərlə təklif edib.
“Mənim gözəl qızım, Nigarım, yenə də üzümü ağ, başımı uca etdin. Yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistraturasına qəbul oldu.
Yolun açıq və işıqlı olsun. Mən əminəm ki, bir sonrakı təhsil pillən - doktoranturan dünyanın qabaqcıl universitetlərində olacaq”.
Rəşad Əliyev, Bizim.Media