Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Röya Ayxanın ifaçı qardaşı İsmayıl Nəcəfovun toyudur.
Bizim.Media xəbər verir ki, mətbuata qapalı keçən məclisdən ilk görüntüləri müğənnin media nümayəndəsi təqdim edib.
Dəbdəbəli restoranların birində baş tutacaq təmtəraqlı gecədə bəylə gəlinin obrazı üzərində Xalq artistinin dostları çalışıb. Gəlinin saç və makiyajı tanınmış stilist Elnur Həsənova məxsusdur.
Qeyd edək ki, mətbuata qapalı olan toyda hətta qonaqların da telefonla çəkiliş etməsi qadağandır.
Rəşad Əliyev, Bizim.Media