Türkiyənin məşhur aktyoru Burak Özçivit Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb. İstanbulda hava limanında çəkdirdiyi selfilərini yayımlayan Burak "Səhər-Səhər Bakıda" şərhini yazıb.
Qeyd edək ki, şöhrəti sərhədlər aşan Burak Özçivit paytaxt Bakıda keçiriləcək kikboksla bağlı tədbirdə fəxri qonaq kimi iştirak edəcək.
Rəşad Əliyev, Bizim.Media