"Böyük biznes var, onunla məşğulam. Tikinti sahəsi olacaq. Başım bu işə qarışıb".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Həmin Zaur" axşam şousunda deyib.
Yeni biznesindən söz açan sənətçi tikinti işi ilə məşğul olacağını dilə gətirib.
Verilişin aparıcısı Zaur Kamalın “Gün ərzində nə qədər pul xərcləyirsən” sualına Rozanın əvəzinə duet ortağı “Bir günə 700 manata qədər pul xərcləyirəm” deyib.
R.Zərgərli bu sözləri təsdiqləyərək "Maaşları da saysaq, 20 minə gəlib çıxır", - deyə fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media