Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi Ə.Hacıyevin doğum günü ilə bağlı video çəkərək sosial şəbəkə hesabında yayımlayıb.
“Ədalət müəllim ad günün mübarək olsun. Çox sağol, mənə çox gözəl bir oğlan (red. oğlu Cahad) hədiyyə eləmisən. Çox sevirəm o oğlanı”- deyə, Brilliant paylaşdığı videoda bildirib.
Qeyd edək ki, B.Dadaşovanın həyat yoldaşı Ədalət Hacıyev Rus Dram Teatrının direktorudur.
Rəşad Əliyev, Bizim.Media