Əlikram Bayramov Zərdabini tanımadı: “Həsən bəy dəyərli dost idi”

Bu gün Həsən bəy Zərdabinin 185-ci doğum günüdür. O, 1837-ci il iyun аyının 28-də Zərdab kəndində, bəy ailəsində anadan olub. 

Həsən bəy Zərdabi bu gün ölkədə jurnalistikanın banisi, “Əkinçi” qəzetinin təsisçisi, islam dünyasının ilk təbiətşünas alimi kimi dərin ehtiramla anılır və xatırlanır. 

Bizim.Media xəbər verir ki, "Oxu.az" saytı şou-biznes və mədəniyyət nümayəndələri arasında sorğu keçirib. Görəsən, onlar Həsən bəy Zərdabini tanıyırlarmı?

Aktrisa Afaq Bəşirqızı:

“Həsən bəy Zərdabi maarifin ilk təbliğatçısıdır. Onun ilk qəzeti “Əkinçi” qəzeti olub. Zərdabi qəzetində bir çox mövzulara toxunub. Hətta qadağan olunan mövzulara qəribə don geyindirərək dərc edib. Həsən bəy Zərdabinin çox istedadlı tələbələri olub. Zərdabi Azərbaycan təhsili üçün çox böyük işlər görüb”.

Aktyor Elməddin Cəfərov:

“Mən Gəncə Dövlət Universitetində təhsil almışam. Oxuduğum universitet Həsən bəy Zərdabi adına olub, məlumatsız olmağım qeyri-mümkündür. Zərdabi 1837-ci ildə anadan olub. Rusiya təhsili var və “Əkinçi” qəzetinin banisidir”.

Aktyor, rejissor Kənan Mahmudov (M.M.):

“Zərdabi “Əkinçi” qəzetinin təsisçisi, jurnalistikanın banisi, yazar, tənqidçi olub”.
Aktrisa Sənubər İsgəndərli:

“Əkinçi” qəzetinin yaradıcısı, jurnalistikanın banisi”.

Aktyor Nicat Kazımov:

“Həsən bəy Zərdabini tanımamaq mümkün deyil, onu tanımayanlara şübhə ilə yanaşıram”.

Aktyor Elman Rəfiyev:

“Azərbaycanda ilk teatr yaradıcılarından biri, “Əkinçi” qəzetinin təsisçisi, bütün Rusiya imperiyasında ilk türkdilli qəzeti çapa buraxan şəxsdir. Bizim yaddaşımızda isə Azərbaycanda teatrın banilərindən biri kimi də qalıb. Zərdabi Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovla birlikdə “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Hacı Qara” tamaşaları ilə 1873-cü ildə ilk teatrı yaratdılar. Gələn il Azərbaycan teatrı özünün 150 illiyini qeyd edəcək.

Müğənni, bəstəkar Elza Seyidcahan:

“Həsən bəy Zərdabini tanımayan azərbaycanlı deyil. “Əkinçi” qəzetinin təsisçisi, mətbuatın yaradıcısıdır. Mətbuat deyiləndə ilk ağla gələn Həsən bəy Zərdabidir. Amma çox heyif ki, bəzi mətbuat orqanlarının əməkdaşları jurnalistika sənətindən başqa məqsədlə istifadə edirlər. Yəni hər bir sahədə olduğu kimi, mətbuatda da dırnaqarası insanlar var. Amma biz mətbuat deyəndə, Mətbuat Günü deyəndə ilk Həsən bəy Zərdabi yada düşür. Allah ruhunu şad etsin!”

Mədəniyyət və şou-biznes nümayəndələrinin əksəriyyəti Həsən bəy Zərdabini tanısa da, təəssüf ki, onu tanımayan da oldu.

Belə ki, müğənni Əlikram Bayramov Oxu.Az-ın sorğusuna cavabında onun dəyərli dost olduğunu bildirib:

“Rəhmətlik yaxşı kişi idi. Həsən bəy Zərdabini tanımayan insan Azərbaycanı tanımır. Həsən bəy Zərdabi böyük yazar, gözəl insan, dəyərli dost idi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Toya hazırlaşanların DİQQƏTİNƏ: Orucluqdan sonra qiymətlər artıb? - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Elzanın vida mərasimindəki geyimi MÜZAKİRƏ OLUNDU - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

Bakı-Qazax yolunda qəza: Qadın sürücünün idarə etdiyi "Range Rover" aşdı - FOTO/VİDEO

Bakı-Qazax yolunda qəza: Qadın sürücünün idarə etdiyi "Range Rover" aşdı - FOTO/VİDEO

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO/VİDEO

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO/VİDEO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

End of content

No more pages to load

RADİO