Müğənni Sevda Yahyayeva hamilədir.
Bizim.Media xəbər verir ki, bu barədə müğənni Günel Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.
Sənətçilər toy məclislərin birində bir araya gəlib.
Günel Sevda ilə şəklini paylaşaraq "Mənim hissimə baxın, göbəyini tutub dedim ki, burada nəsə var. Düz bildim və çox sevindim. Gözəl ana olacaqsan, Sevkam" sözlərini yazıb.
Sevda Yahyayeva ana olacağı ilə bağlı yayılan xəbərlərə hələ də reaksiya bildirməyib. Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla evlidir.
Rəşad Əliyev, Bizim.Media