Xalq artisti Tünzalə Ağayeva cəsarətli geyimi ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, görünüşünə və tərzinə xüsusi önəm verən sənətçi qatıldığı tədbirlərin birinə cins materialdan “body” geyinib.
“Body” isə “Dior” markasına məxsusdur. T.Ağayeva cins “body”ni elə həmin növ parçadan olan “trapes” biçimli şalvarla kombin edib.
İzləyicilər müğənninin bu “look”unu bəyəndiklərini yazıblar.
Rəşad Əliyev, Bizim.Media