Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilk dəfə oğlunun fotosunu paylaşıb.
Bizim.Media xəbər verir ki, sənətçi ötən il dünyaya gələn övladı Məhəmmədin fotolarını sosial şəbəkə hesabında yayımlayıb.
O, paylaşdığı fotoya "Gülümsəyin cənablar" qısa şərhini yazıb.
Qeyd edək ki, Hüseyn Məhəmmədoğlu Milli Dram Teatrının aktrisası Aysel İbrahimova ilə ailəlidir. Bu onun ikinci evliliyindir. Musiqiçinin ilk evliliyindən iki qız övladı da var.
Rəşad Əliyev, Bizim.Media