Ssenari müəllifi, prodüser, rejissor və Oskar mükafatı laureatı Pol Haqqis İtaliyada zorlama ittihamı ilə həbs edilib.
Bizim.Media “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, iddialara görə, o, “Brindisi” hava limanında bir qadını onunla cinsi əlaqəyə girməyə məcbur edib.
Sonra isə onu psixoloji vəziyyətdə qoyaraq gedib.
Qadına hava limanının əməkdaşları və sərhədçilər kömək ediblər. Yerli xəstəxanada o, "zorakılıq qurbanı" kimi tibbi müayinədən keçib və polisə ittiham ərizəsi verib, bunun əsasında isə Haqqis saxlanılıb.
Rəşad Əliyev, Bizim.Media