Dünya şöhrətli boksçu Mayk Tayson yeni obrazı ilə görənlərin həm üzünü güldürüb, həm də məəttəl qoyub.
Bizim.Media xəbər verir ki, peşəkar idmançi arı geyimində rəqs edərək "Planetin ən təhlükəli adamı" reputasiyasını “şübhə” altına alıb.
O, əvvəlcə bu geyimdə teleaparıcı Cimmi Kimmelin verilişinə çıxıb. İzləyicilər Maykın bu görüntüsünü gülüşlə qarşılayıblar.
Bütün dünyada "Dəmir Mayk" və "Planetin Ən Təhlükəli Adamı" ləqəbli Mayk öz dövrünün ən sərt boksçularından biri kimi tanınır.
Rəşad Əliyev, Bizim.Media