Yeşilçamın məşhur aktyoru: “4 dəfə evli oldum və islama görə evlilik haqqım bitdi” - MÜSAHİBƏ

Türk sineması deyərkən ağıla ilk gələn “Yeşilçam” filmləri olur. “Yeşilçam” film ulduzları bütün dövrlərdə sevərək xatırlanmaqdadır. Bu mənada “Yeşilçam”ın sevilən aktyorları sırasına adını yazmış məşhur aktyor Salih Güny də bir zamanlar türk sinemasının ən yaraşıqlı aktyoru adını qazanmışdı. İndi Türkiyənin bir çox xanım sənətçilərinin  vaxtilə ən böyük arzusuna çevirilən Salih Güney Bizim.Media-ya özəl müsahibə verib.

- Sizi daha çox dünyada Türkiyədə “Yeşilçam” Sinama tarixinin canlı əfsanəsi kimi tanıyırlar. Bəs Salih Güney özünü əsl əfsanə kimi hiss edirmi?

- “Yeşilçam” türk kinosunu, türk filmlərini bütün ailələrə sevdirdi və geniş tamaşaçı kütləsinə çatdırdı. Buna kimi türk filmləri az istehsal olunurdu və geniş kütləyə çıxa bilmirdi. Məhz bu səbəbdən də, “Yeşilçam” aktyorları 1964-1999-cu ilə qədər İctimaiyyət və Mətbuat tərəfindən “ƏFSANƏ” kimi şərh edilirdi.

O zamanlar  çəkilən “Yeşilçam” filmləri indi də maraq və zövqlə izlənilir. “Yeşilçam” sinema əfsanəsini yaradan Ekrem Bora, Sadri Alışık, Türkan Şoray, Münir Özkul,Tarık Akan  kimi sənətkarların yanında mənim də adımın olması türk aktyoru kimi məni çox sevindirir.  
- Hülya Avşar, Müjde Ar, Sibel Can kimi  məşhurlar niyə zamanında ilk filmlərə məhz sizinlə çəkdilər? Sirr deyilsə,hansını daha çox bəyənirsiniz?

- Dediyiniz bu adlara uğur gətirdiyim  danılmaz həqiqətdir. O zamanlar mənim  məşhurluğumu nəzərə alaraq mənimlə tərəf müqavili olmaq bir çox xanımların arzusu idi. Adını çəkdiyiniz xanımlar o zaman karyeralarına  yeni başlayırdılar və onlarla çəkildiyim filmlər  bu xanımlar üçün yeni sənət uğurlarının başlanğıcı oldu. Aktrisa kimi hansının daha proffisional olmasına gəlincə, bunu filmlərə baxan filmsevərlər asanlıqla sezə bilərlər.

- Bir çoxları sizi 1975-ci ildə çəkilmiş “Aşkı-Memnunu” serialından “Behlül” kimi tanıyır. Sonralar  bu filmi çəkən rejissorlar “Behlül” roluna seçəcəkləri aktyorları sizə bənzədirdilər. Sizdən illər sonra isə “Behlül” rolunda yalnız aktyor  Kıvanç adından söz etdirməyi bacardı. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Zamanla bu mövzuda çoxlu  spekulyasiyalar oldu. “AŞKI MEMNU”- da o zaman 6 bölüm  oynadıq və bu serial kifayət qədər hay-küyə səbəb oldu. O gündən- bugünə  hələ də izləyicilərdən bununla bağlı xoş sözlər eşitməkdəyəm. O zaman isə serialdakı rolumla bağlı daha çox gənc xanımlardan saysız məktublar alırdım.

Adını çəkdiyiniz  digər aktyor haqqında isə şərh vermək istəmirəm.

- Ajda Pekkanla " Şəhvətin  əsiriyik" filmində rol alandan sonra dedilər ki, Türkiyənin divası Ajda Pekkan ilə bir müddət sevgili olmusunuz. Bu doğrudurmu?

- Bu tip suallar mənim üçün çox özəldir. İki şəxs arasında baş verən şəxsi münasibətləri üçüncü şəxs bilməməlidir. Mən türk kişisiyəm və özəlim ancaq mənə məxsusdur. Məncə nə demək istədiyimi başa düşdünüz.

- Salih bəy, özəl deyərkən 4 dəfə evli olub ayrılmısınız. Bəs indi necə, yenidən evlənmək fikriniz yoxdur ki?

- İslamın şərtinə görə bir kişi 4 qadınla evlənə bilər  və mən də 4 dəfə evli oldum . Bununla da  evlilik haqqım bitdi.(Gülür)

- Bir müddət ABŞ-da yaşadınız . Bəs yenidən nə üçün Türkiyəyə qayıtdınız?

- ABŞ-da turizmlə bağlı təhsil aldıqdan  sonra ölkəmi orada  tanıtmaq üçün çalışdım.
Məncə insan öz-özünə sual verməlidir ki, mən niyə bu ölkədə doğulmuşam? Yaşadığım torpaqların keçmiş tarixinin, mədəniyyətinin məhv edilməsinin qarşısını almaq üçün üzərimə düşən məsuliyyəti həmişə davam etdirmişəm .

Hər il Orta məktəb  və Lisey şagirdləri ilə tarixi bölgələrimizdə təmizlik işləri aparıram.Onlara vətəni məhəbbət  fonunda sevgi və sadiqlik  bəxş etməyə çalışıram. Mən hər gün biraz daha çox Türkiyədə yaşamaqdan xoşbəxt olduğumu anlayıram, çünki mənim vətənim Türkiyədir.

ABŞ-da turizmlə bağlı təhsil aldıqdan sonra ölkəmi orada tanıtmaq üçün çalışdım. Vətən sevgisi məni Türkiyəyə geri gətirdi, lakin hər il ABŞ-a səfər edirəm.
- Maraqlıdır, Azərbaycan kino aktyorlarından kimi tanıyırsınız?

- Azərbaycana səfər etdiyim zaman orada bir neçə aktyorla tanış oldum, amma çox təəssüf ki, onların adı yadımda deyil.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

Rusiyada VPN və bloklamaları aşma vasitələrinə qarşı mübarizə ELAN EDİLDİ

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Xankəndi”dən 14 qolluq qalibiyyət - VİDEO

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

“Maski-şou”nun ulduzu VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO