Türkiyənin məşhur ulduzu Atiyə Dəniz İordaniya şahzadəsi Hüseyn Bin Abdullah tərəfindən aldığı təkliflə adından söz etdirib.
Bizim.Media xəbər verir ki, şahzadə sənətçiyə ad günündə səhnədə ərəbcə mahnı oxuması və darbuka çalması üçün 100 min dollar təklif edib.
Hələlik təklifi qəbul etmədiyini deyən sənətçi, “Hələ qərar verməmişəm, amma təklif məni təəccübləndirdi.
Düşünürəm ki, bu təklif Hataylı olduğum, darbuka çaldığım, ərəb mahnılarını bildiyim və oxuduğum üçün edildi. Qərarımı 1-2 günə bildirəcəm. Bu, çox cəlbedici və gözəl təklifdir" deyə bildirib.
Əgər müğənni bu təklifi qəbul edərsə, şahzadənin sarayında təşkil olunacaq şənliyə qatılacaq.
Rəşad Əliyev, Bizim.Media