“Elə sevgi var ki, səni dəli edər. Ailə nədir, özünü yaddan çıxardarsan”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “SözBaz” maqazin verilişində deyib.
Sənətçi ailə qurmamasından da söz açıb.
“Bu sənətdə olmasaydım, o zaman ailə məsələsi tez aktuallaşacaqdı. İndi mənim hayım gedib, vayım qalıb. 50 yaşından sonra nə evlilik?!”.
Rəşad Əliyev, Bizim.Media