Ötən axşam “Disney Plus”ın təqdimat gecəsində qalmaqallı anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, tədbirə qatılan xarizmatik aktyor Can Yaman ilə şou müxbiri Akif Yaman arasındakı insident “Disney Plus”ın təqdimatına damğa vurub.
Belə ki, Can Akiflə salamlaşsa da, qarşı tərəf onun salamını almayıb. Jurnalist tərəfindən saymamazlıq görən aktyor media əhlinin onu çəkməməsini istəyib.
Sosial media əhli bu qalmaqallı olayda fikir ayrılıqlarına gəliblər. Kimi Can Yamanın tərəfini tutub, kimi də jurnalistə haqq qazandırıb. Daha sonra Can Yamanla gərginlik yaşayan Akif Yaman sosial media hesabında “Salam aldım, almadım, Türkiyə mətbuatı olaraq onu çəkmək istəmədik və getməli oldu” – deyə paylaşım edib.
Rəşad Əliyev, Bizim.Media