Dünyaca məşhur müğənni Ledi Qaqanın “Joker 2” filmində rol alacağı bildirilib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, məşhur müğənninin filmdə Herli Kvin rolunu oynaması istənilib.
Qeyd edək ki, “DC Universe”ə aid olan daha əvvəlki filmlərdə Jokerin sevgilisi Herli obrazını Marqot Robi canlandırıb.
Bizim.Media