Dünya şöhrətli Hollivud ulduzu Jan-Klod Van Dammın pianoçu gəlini Suada Hacızadə bacısı ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında bacısı Selcan Hacızadə ilə foto yayımlayan musiqiçi onun məzun olduğunu yazaraq, təbrik yağışına tutub.
Xatırladaq ki, Selcan “İncəsənət Gimnaziyası”nda təhsil alıb.
Qeyd edək ki, Selcan Hacızadə bədii gimnastika üzrə dünya və avropa çempionatının finalçısıdır.
Rəşad Əliyev, Bizim.Media