Türkiyənin məşhur pop ulduzu Serdar Ortaç açıqlaması ilə medianın dilinə düşüb.
Bizim.Media xəbər verir ki, S.Ortaç yeni mahnılar almamasının səbəbini külli miqdarda borcları ilə əlaqələndirib.
"Təəssüf ki, bu il yeni mahnı ala bilmədim. Çünki borclar belimi sındırmışdı. 15 milyon TL (təxminən 1,5 milyon manat) borcumu ödədim. Allaha şükür olsun ki, bütün borclarımı sıfırladım. İndi öz üzərimdə işləməyin vaxtıdır".
Rəşad Əliyev, Bizim.Media