Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənovun başına iş gəlib.
Bizim.Media xəbər verir ki, blogerin yaşadığı Moskvanın ən bahalı və elit məkanı sayılan "Moscow City"də gözlənilmədən evakuasiya elan olunub.
Bu haqda H.Həsənov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, binada yaşayan sakinlərlə yanaşı orada fəaliyyət göstərən restoranlardan, fitnes mərkəzlərindən də insanlar təcili şəkildə çıxarılıb. Onlar çoxmərtəbəli binanı liftdən istifadə etmədən tərk etməli olublar. Evakuasiyanın səbəbi bilinmir.
Qeyd edək ki, H.Həsənov 2 il əvvəl lüks binadan 54,5 milyon rubla (1,5 milyon manat) 200 kvadratmert üçotaqlı mənzil alıb.
Rəşad Əliyev, Bizim.Media