Dünya pop səhnəsinin ulduzu 28 yaşlı Castin Biberin səhhətində ciddi problemlərlə üzləşib.
Bizim.Media xəbər verir ki, sənətçinin üzünün yarısı iflic olub.
Bu barədə Castin sosial şəbəkə hesabında məlumat verib. Müğənni konsertlərini yarımçıq qoyaraq “Ramsey Hunt” sindromu olduğunu bildirib.
Bu, eşitmə itkisinə və şiddətli ağrıya səbəb olan üz sinirinə təsir edən herpes zoster formasıdır. Pop ulduz zaman keçdikcə simasının əvvəlki vəziyyətə qayıdacağını və yenidən səhnəyə dönə biləcəyini ümid edir.
Rəşad Əliyev, Bizim.Media